PSJ-nin qapıçısı 20 kq arıqladı, futbola qayıda bilməyəcək
Bədbəxt hadisə nəticəsində komaya düşən PSJ-nin qapıçısı Serxio Riko yaşıl meydanlara qayıtmaya bilər.
Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, futbolçunu yaxın iki həftə ərzində xəstəxanadan buraxılacaq.
Lakin qolkiper 20 kq-dan çox arıqlayıb və o, hər həftə əzələ kütləsinin 30 faizini itirib. Böyük ehtimalla, Riko bundan sonra peşəkar şəkildə futbolla məşğul ola bilməyəcək.
Xatırladaq ki, Paris klubunun qapıçısı atdan yıxılıb və kəllə-beyin zədəsi alıb. O, Sevilyadakı xəstəxanaya yerləşdirilib. Orada məlum olub ki, futbolçunun beyninə qan sızıb.
ANAR ABDULLAYEV