PSV “Milan”ın futbolçusunu icarəyə götürmək istəyir
PSV “Milan”ın hücumçusu Şarl de Ketelare ilə maraqlanır.
Msport.az xəbər verir ki, Eyndhoven təmsilçisi belçikalı futbolçunu icarəyə götürmək istəyir. “Rossoneri”lər Şarlı icarəyə vermək istəsə də, 22 yaşlı futbolçu klubda qalmaq fikrindədir.
Qeyd edək ki, de Ketelare “Milan”a ötən yay “Brügge”dən keçib.
Royal Türksoy