featured-image-34305

Futbol üzrə qadınlararası dünya çempionatının tarixində 1000-ci qol vurulub.

Msport.az yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, yubiley qoluna Yeni Zelandiyadakı mundialda Zambiya millisinin oyunçusu Barbara Banda imza atıb.

23 yaşlı hücumçu hazırda davam edən Kosta-Rika ilə görüşün 31-ci dəqiqəsində penaltidən fərqlənib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və Afrika təmsilçisi 2:0 hesabı ilə öndədir.

Bənzər xəbərlər