“Qalatasaray”dan ayrılmaq üçün 2,5 milyon avro tələb etdi
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Serjiu Oliveyra ilə yollarını ayırmaq niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə yerli “Takvim” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi müqavilənin ləğvi üçün portuqaliyalı yarımmüdafiəçiyə 1 milyon avro təklif edib. Lakin oyunçu 2,5 avro istəyib.
Qeyd edək ki, Oliveyra 2022-ci ildən “Qalatasaray”ın formasını geyinib.