featured-image-34981

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Olimpiu Morutan “Neftçi”yə keçməyə yaxındır.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, bildirilib ki, ötən mövsümü icarə əsasında “Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi İtaliyaya qayıtmaq istəmir. “Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.

Morutanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən “Neftçi”nin hazırda “Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.

Qeyd edək ki, “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpiu Morutanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir.

Bənzər xəbərlər