featured-image-83377

ABŞ millisinin hücumçusu Hacı Rayt Türkiyəyə geri qayıda bilər.

Msport.az xəbər verir ki, 28 yaşlı forvard “Qalatasaray”ın maraq dairəsindədir.

İstanbul təmsilçisi “Koventri”nin hücumçusunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. “Cim-bom” Viktor Osimhenlə rəqabətə girə biləcək forvard axtarışındadır. “Porto”dan icarəyə götürülmüş Deniz Gülün performansından razı qalmayan “Qalatasaray” yayda Hacı ilə anlaşmaq istəyir. Onun “Koventri” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Amerikalı forvard “Şalke”, “Sandhauzen”, “Venlo”, “Antalyaspor” klublarında çıxış edib.

Bənzər xəbərlər