featured-image-38207

PSJ, “Nitsa” və “Lill”in keçmiş baş məşqçisi Kristofer Qaltye “Əl-Duhail”in sükanı arxasına keçib.

Msport.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qaltyenin son iş yeri PSJ olub. Mütəxəssis 2022/2023 mövsümündə komandaya rəhbərlik edib. Paris təmsilçisi onun başçılığı altında Liqa 1 çempionluğunu qazanıblar.

Bənzər xəbərlər