featured-image-15989

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Msport.az xəbər verir ki, məlumatına görə, siyahıda növbəti dəfə “Qarabağ” da yer alıb.

Ağdam klubu Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Qurban Qurbanovun komandasının III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda “Düdelanj” 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə “Volos”u 5:1 hesabı ilə üstələyən “Panatinaikos” Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.

Bənzər xəbərlər