featured-image-15722

Fransanın “Nant” komandasının yarımmüdafiəçisi Andrey Cirotto Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu evdə “Qarabağ”a qalib gəlməli olduqlarını deyib:

“Bu oyun bizim üçün çox vacibdir. Səfərdə bu rəqibimizə məğlub olmuşduq. Bu üzdən də evdəki oyunda qalib gəlməliyik”.

Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.

Bənzər xəbərlər