featured-image-25249

“Sumqayıt”ın braziliyalı futbolçusu Dieqo Karioka ölkəsinin mətbuatına müsahibə verib.

Msport.az xəbər verir ki, o, Premyer Liqanın 27-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb:

“Rəqibdən asılı olmayaraq, istənilən komanda ilə oyuna hər zaman ciddi və ən yaxşı şəkildə hazırlaşırıq. Amma çempionatın lideri ilə görüş fərqli hisslər oyadır. “Qarabağ” əla komandadır. Rəqibə hörmət edirik. Lakin qarşıya qoyulan hədəfdən ayrılmamaq şərtilə öz oyunumuzu göstərməyə çalışacağıq. Bu matçdan müsbət nəticə ilə ayrılmalı olduğumuzu başa düşürük.

Zədədən sonra 2 oyun keçirmişəm. Hazırda özümü yaxşı hiss edirəm. Getdikcə daha çox ritmdə olmaq üçün məşq edirəm. Mövsümün son hissəsində komandama kömək etmək üçün daim inkişaf etməyə çalışıram”.

Xatırladaq ki, Karioka bu ilin yanvarından “Sumqayıt”ın formasını geyinir. 25 yaşlı futbolçu Azərbaycan təmsilçisində 5 matç keçirib.

Bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına saat 18:00-da start veriləcək.

Bənzər xəbərlər