featured-image-33397

Ötən mövsümün ortasında “Qarabağ”ın transfer gündəmində olan rusiyalı qapıçı Andrey Lunyov “Bayer”dən ayrıldıqdan sonra hələ də klubsuzdur.

Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu yaxınlarda yerli “Baltika”dan təklif alsa da, qəbul etməyib.

Kalininqrad təmsilçisi təcrübəli qapıçı nümayəndələri ilə əlaqə saxlayıb. Lakin Lunyov karyerasını “Baltika”da davam etdirmək istəmədiyini bildirib.

Qeyd edək ki,  Andrey Lunyov qışda “Bayer”dən ayrılmamaq üçün “Qarabağ”ın təklifini qəbul etməmişdi.

Bənzər xəbərlər