featured-image-32040

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Azərbaycan çempionu yeni mövsümə Tirolda hazırlaşacaq.

Ağdam klubu toplanış zamanı 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Qurban Qurbanovun komandası iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə qarşılaşacaq. Üçüncü rəqib hələ ki məlum deyil.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəsmi matçı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”a qarşı olacaq. Matç  iyulun 11-də və ya 12-də səfərdə baş tutacaq.

media-2d1e43c4-b01d-3970-9d30-73037869ea51

media-9a123137-c05c-3ad0-9247-a2a02aee3ebe

media-42c461a3-c1b6-3dd9-8d39-bf940104f40f

media-a5b3079d-7444-3e6a-86a0-c6d8eaf0c6e5

Bənzər xəbərlər