"Qarabağ" azarkeşlərinin VAR sisteminə vurduğu ziyanı qarşılayacaq
Qarabağ” klubu “Səbail”ə qarşı Azərbaycan Premyer Liqasının XXXIV tur oyununda VAR sisteminə dəymiş zərəri qarşılayacaq.
Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Ağdam klubunun 3:0 hesabı ilə qalib gəldikləri matç bitdikdən sonra “köhlən atlar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.
“Səbail” klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.
Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.