featured-image-35011

“HİK-ə qarşı oynamışam. O vaxt bu komandanı keçmək üçün çox az şey çatmadı”.

Bunu Msport.az saytına açıqlamasında “Neftçi”min sabiq futbolçusu Voislav Stankoviç “Qarabağ”ın Bakıda HİK-lı keçirəcəyi UEFA Konfrans Liqasının ilk oyunu barədə danışarkən deyib.

2021/2022 mövsümündə “ağ-qaralar”ın heyətində analoji turnirin III raundunda Finlandiya klubu ilə matçları (səfərdə 0:3, evdə 2:2) serbiyalı müdafiəçi məğlubiyyətə baxmayaraq, yaxşı mübarizə apardıqlarını bildirib: “Sadəcə, əsas hücumçumuz Namik Ələskərov zədələndi və HİK-ə qarşı faktiki olaraq forvardsız oynadıq. Deyərdim ki, Finlandiya klubuna öz səhvlərimizdən uduzduq. Ümid edirəm ki, “Qarabağ” bizim səhvlərimizi təkrarlamayacaq. Onların HİK-i keçmək üçün gücü və yüksək ustalıq səviyyəsi var. “Qarabağ” yaxşı futbolçuları olan komplektləşmiş komandadır”.

O, HİK-i məhsuldarlığı yüksək olan komanda adlandırıb: “Həmin vaxt yaxşı müdafiə olunub, sürətlə əks-hücuma keçirdilər. Standart vəziyyətlər zamanı da təhlükəli idilər. Amma aradan 2 il keçib, bəlkə də indi oyun üslubları bir az dəyişib. “Qarabağ” Bakıdakı mütləq qalib gəlməlidir. Çünki cavab qarşılaşması çətin olacaq. HİK süni örtüklü meydançada oynayır. Bu cür meydana uyğunlaşdıqları üçün müəyyən üstünlükləri ola bilər. Fikrimcə, “Qarabağ” bu amilləri nəzərə almalıdır”.

Stankoviç ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər