featured-image-29082

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq. Bağlanış oyununda “Qarabağ” “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq.

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Msport.az saytına açıqlamasında Azərbaycan derbisi ilə bağlı fikirlərini bölüşüb:

“Düşünürəm ki, bu gün “Qarabağ” “Neftçi”yə qalib gələcək. Ağdam xal itirməməlidir. Əks halda “Sabah”ın çempionluq şansı yaranacaq. İnanmıram ki, “köhlən atlar” bu fürsəti əldən versin. Düzdür, derbilərdə favorit olmur. Amma mən “Qarabağ”ı üstün görürəm”.

Sultanov “Neftçi”nin kubokda finala çıxması komanda üçün əlavə motivasiya ola bilərmi” sualına belə cavab verib: “Ola da bilər, olmaya da. Çünki burada “Qarabağ”ın özünün marağı var. Çempionluğa oynayır”.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər