featured-image-29984

“Yüngül zədə almışam və 100% hazır deyiləm. Ümid edirəm ki, növbəti mövsümə daha güclü başlayacağam. Oynamaq şansım olanda əlimdən gələni edəcək, mənə olan etimadı doğruldacağam. Fasilə mənə kömək etməlidir. Sonra yeni mövsümdən start heyətində olmaq üçün hazırlıq mərhələsində var gücümlə çalışacağam”.

25 yaşlı futbolçu bildirib ki, qış fasiləsində klub dəyişmək asan olmur: 

“Heyət komplektləşir və ona uyğunlaşmaq asan olmur. Yayda isə birlikdə təlim-məşq toplanışında olursan və komandanın oyun üslubunu başa düşürsən. “Qarabağ”a fasilədən sonrakı ilk oyundan beş gün əvvəl gəlmişdim və heç kimi tanımırdım. Hətta matçın necə getdiyini bilmirdim. Sadəcə, oynadım və əlimdən gələni etdim. Amma artıq adaptasiya dövrünü keçmişəm və əsas heyətdə oynayacağıma ümid edirəm.

Çempionluq? Yox, təmtəraqlı şəkildə qeyd etmədik. Çünki “Qarabağ” buna artıq çox öyrəşib”

 

 

Bənzər xəbərlər