featured-image-26722

“Qarabağ”ın futbolçusu Redon Cica Albaniya telekanalına müsahibə verib.

Msport.az-ın məlumatına görə, 25 yaşlı hücumçu əvvəlcə Ağdam klubuna keçidindən danışıb:

“Burada məni çox isti qarşıladılar. Açığı, bu cür münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım”.

O, çox qol vurmaq və əsas heyət üzvü olmaq istədiyini söyləyib: “Hər bir hücumçu kimi mən də bunu istəyirəm. Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam”.

Forvard Azərbaycan və Albaniya futbolunu da müqayisə edib: “Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir”.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Cahid

Bənzər xəbərlər