“Qarabağ”da yeni tərəfdaş
“Qarabağ” yeni əməkdaşlığa başlayıb.
Msport.az xəbər verir ki, “atlılar” “Sirab” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşmanın müddəti bir ildir.
Əməkdaşlıq mərasimində “Qarabağ”ın direktoru Emral Çelikel, bilet və marketinq üzrə menecer Yusif Cəfərov, “Sirab”ın isə baş meneceri Alpep Yaycılı və şirkətin nümayəndəsi Esin Umut iştirak edib.







