"Qarabağ" dünya reytinqində gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Msport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 302 komandanın olduğu cədvəldə Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” var.
Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib. Qurban Qurbanovun komandası 138,5 xalla 71-ci sırada qərarlaşıb.
67 xala malik “Neftçi” 21 pillə irəliləyərək 287-ci olub.
Reytinqdə lider dəyişməyib. “Real Madrid” 313 xalla birincidir. “Mançester Siti”si 279 xalla ikinci sıraya yüksəlib. İlk “3-lüy”ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.