featured-image-28769

Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunları xatırlayıb.

Msport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında həmin matçların önəmindən danışıb.

Vanhazebruk bildirib ki, Ağdam təmsilçisini keçməsəydilər, “Başakşehir” və “Vest Hem” kimi komandalarla qarşılaşa bilməzdilər: “Həmin matçda ən pis 5 penalti vuranı meydana buraxsaydım, indi pendir yeyirdim. Sonra aşağı liqaya düşərdik. Siz həmişə ən yaxşısına can atırsınız”.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Qarabağ”a məğlub olan (0:1) “Gent” cavab görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri adını 1/8 finala yazdırıb.

Bənzər xəbərlər