featured-image-17510

“Neçə tur idi ki, komanda hücumda olurdu, amma şansları dəyərləndirə bilmirdi. Lakin bu oyunda hücumda fərqli idik. Daha çox hücumda fikirləşdiklərimizi meydanda göstərməyə çalışırdıq”.

Msport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə “Araz Naxçıvan”ı 5:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

O, inamlı qələbə qazandıqlarını bildirib: “Komandamı təbrik edirəm. Kubokdakı növbəti rəqibimiz “Qarabağ”dır. Komanda olaraq hazırlaşacaq və layiqli müqavimət göstərməyə çalışacağıq”.

Mütəxəssis heyətdə az oynayan futbolçulara da şans verdiklərini söyləyib: “Bilirdik ki, bir az çətin olacaq. Komanda düzgün reaksiya verdi və daha yaxşı oynadı. Heç bir oyundan əvvəl uduzmağı düşünmürük. “Qarabağ”ın gücü bəllidir. Futbolda oyundan əvvəl heç kim təslim olmur. Həmin qarşılaşmalara motivasiya olacaq və uğurlu nəticə üçün maksimum etməyə çalışacağıq. Komanda tur adlamaq üçün əlindən gələn hər şeyi edəcək”.

Bənzər xəbərlər