featured-image-30328

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ” – “Sumqayıt”(1:2) görüşündən sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, Abasov rəqib meydanında ölkə çempionunu məğlub etməkləri barədə danışıb:

“Komandamı təbrik edirəm. Paralel olaraq oyunlar gedirdi. Öz oyunumuz qədər digər matçlar da vacib idi. Digər oyunlardakı nəticələr də bizi liqada saxlaya bilərdi. Amma xoş olan odur ki, “Qarabağ”ı məğlub etməklə öz hesabımıza Premyer Liqada qaldıq. O biri komandalara ümid etmədik. Futbolçularımı təbrik edirəm. Bir oyunumuz qalıb, ona da hazırlaşacağıq. Həmin matçı keçirib daha sonra planlarımızı quracağıq. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bura gələndə də, məhz bu, qarşımıza məqsəd qoyulmuşdu. Öhdəsindən gəldik. Allaha şükürlər olsun”. (sportal)

Bənzər xəbərlər