featured-image-33168

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq. Msport.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”la qarşılaşacaq.

“Viktoriya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qalib II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) 1:2

Qol: Qomez, 25 – Cica, 58, Benzia, 90+4
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
“Viktoriya” stadionu.

“Linkoln”: Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro
Baş məşqçi: Xavi Munyos

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

Bənzər xəbərlər