"Qarabağ"ın əfsanəsi haqqında sənədli film çəkildi
“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə bağlı sənədli film hazırlanıb.
Msport.az xəbər verir ki, “Mənim tarixim” adlanan ekran işində veteran müdafiəçinin karyerasından bəhs olunur.
Filmdə Aqollinin Albaniya yığması ilə 2024-cü il Avropa çempionatı və Ağdam klubu ilə UEFA Çempionlar Liqasında iştirak etməsindən də söhbət açılıb. Orada həmçinin hazırda Azərbaycan millisinə rəhbərlik edən Albaniya seçməsinin sabiq baş məşqçisi Canni De Byazinin fikirləri də yer alıb.
Qeyd edək ki, Ansi Aqolli “Qarabağ”ın formasını 2010-2019-cu illərdə geyinib.







