featured-image-18377

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Mövsümü vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb.

“Neftçi” ilə oyunda xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Bənzər xəbərlər