featured-image-16371

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Qana millisinin ilkin heyətində yer almayıb.

Msport.az xəbər verir ki, yığmanın baş məşqçisi Otto Addo siyahıya 55 oyunçunun adını daxil edib.

Qana Futbol Assosiasiyasının rəsmi saytında açıqlanmış heyətdə 5 qapıçı, 17 müdafiəçi, 14 yarımmüdafiəçi, 13 vinger və 6 hücumçu yer alıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Qana yığması H qrupunda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər