featured-image-24582

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə çağırılıblar.

Msport.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AÇ-2024-ün seçmə qrup mərhələsinin ilk iki oyunu üçün adıçəkilən oyunçulara dəvət göndərib.

Maraqlıdır ki, yarımmüdafiəçi Yankoviç zədə səbəbindən Ağdam klubunun son 4 oyununu buraxmasına baxmayaraq, 27 nəfərlik heyətə daxil edilib.

Xatırladaq ki, Monteneqro millisi G qrupu çərçivəsində martın 24-də səfərdə Bolqarıstanla, üç gün sonra isə evdə Serbiya ilə qarşılaşacaq.

Bənzər xəbərlər