"Qarabağ"ın "Linkoln"la oyunlarının vaxt dəqiqləşdi
“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdəki “Viktoriya” stadionunda olacaq ilk görüş iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.







