"Qarabağ"ın oyunu qadın hakimlərə tapşırıldı
“Qarabağ-2” və “Turan Tovuz-2” komandaları arasında keçiriləcək Azərbaycan I Divizionunun XXIX tur oyunu qadın hakimlərə tapşırılıb.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi FIFA referisi Fəridə Lütfəliyeva olacaq. Ona laynsmanlar Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, bu gün baş tutacaq qarşılaşma saat 16:30-da başlayacaq.
I Divizion, XXIX tur
16 may (çərşənbə axşamı)
16:30. “Qarabağ-2” – “Turan Tovuz-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu