featured-image-16144

Sabah “Bakl Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın keçirəcəyi oyunla əlaqədar metronun iş rejimində dəyişikliklər ediləcək.

Msport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç stansiyanın iş vaxtı artırılacaq.

Belə ki, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ”ın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni”nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saat 01:00-a qədər uzadılacaq.

Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.

Bənzər xəbərlər