featured-image-34929

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi III raundda Finlandiya HİK-ini keçsə, növbəti mərhələdə Çempionlar Liqasında mübarizə aparan “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.

“Qarabağ” – HİK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.

Bənzər xəbərlər