featured-image-32615

“Legiya”nın futbolçusu Rafal Auqustınyak “Qrabağ”la yoxlama oyunundan (2:0) danışıb. Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib:

“Bu dəfəki rəqib “Botoşani”dən xeyli güclü idi. “Qarabağ” yaxşı pressinq edirdi və bundan çıxmaq çətinlik yaradırdı. Azərbaycan komandası hazırlığa bizdən bir həftə əvvəl başlayıb. Ona görə də fərqli yerlərdəyik. Fiziki baxımdan onlar bizdən yaxşı təsir bağışlayırdılar. Daha az yorğun olduqları görünürdü. Dünən isə bizim iki gərgin məşqimiz olmuşdu.

Qalib gəlsək də, yoxlama matçlarında nəticə o qədər də önəm kəsb etmir. Hərçənd qalibiyyət komandann qələbə ruhunu gücləndirir. Bizim səhvlərimizdən sonra “Qarabağ”ın epizodları oldu. Lakin mövsümqabağı hazırlıqda bu səhvləri bağışlamaq olar. Yorğunluq səbəbindən xətalarımız mümkündür. Bütün bunları aradan qaldıra bilərik”.

Xatırladaq ki, Azərbaycan çempionu Avstriyadakı toplanışındakı ikinci oyununda “Legiya”ya 0:2 hesabı ilə uduzub.

AYXAN 

Bənzər xəbərlər