“Qarabağ”ın rəqibi 100 milyon istəyir
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yayda “Mançester Yunayted”’ keçə bilər.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” qarşıdan gələn yay Tonalini heyətlərinə qatmaq niyyətindədirlər və italiyalı oyunçu üçün təxminən 100 milyon funt-sterlinq ödəməyə hazırdırlar.
Tonalinin gələcəyi qış transfer pəncərəsində də müzakirə olunmuşdu. “Arsenal” yarımmüdafiəçiyə maraq göstərsə də, ehtimal olunan keçid təkzib edilmişdi.
“Mançester Yunayted”lə yanaşı, “Yuventus” onu A seriyasına qaytarmaq istəyir. “Mançester Siti” də Premier Liqanın aparıcı oyunçularından olan Sandronu diqqətlə izləyir.
Qeyd edək ki, Tonalini 2023-cü ilin yayında “Milan”dan 55 milyon funt qarşılığında alan “Nyukasl” onunla 2029-cu ilə qədər müqavilə bağlayıb.







