"Qarabağ"ın rəqibi böyük hesabla uduzdu
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, “sağsağanlar” 24-cü turda “Liverpul”un qonağı olub. Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Entoni Qordon 36-cı dəqiqədə “Nyukasl”ı hesabda önə keçirsə də, “Liverpul” bundan sonra rəqibini 4 dəfə cəzalandırıb.
“Nyukasl” 33 xalla turnir cədvəlində 10-cu yeri tutur.
“Qarabağ” İngiltərə klubu ilə fevralın 18-də və 24-də üz-üzə gələcək.







