featured-image-20753

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi – Belçikanın “Gent” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi Elişa Ovusu Fransanın “Oser” klubuna satılıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Qana millisinin üzvü 2019-cu ilin yayından “Gent”in formasını geyinirdi. Onun belçikalılarla müqaviləsi mövsümün sonuna qədər idi.

Fransada anadan olan yarımmüdafiəçi Lion “Olimpik”inin yetirməsidir. O, “Gent”dən öncə “Soşo”da da oynayıb.

“Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.

Bənzər xəbərlər