“Qarabağ”ın rəqibi sabiq “Benfika”lını transfer etdi
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın “Olimpiya” klubu yeni futbolçu transfer edib.
Msport.az xəbər verir ki, Portuqaliya “Kaza Piya”sından Diogu Pintu heyətə cəlb olunub. 24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Portuqaliyalı oyunçu 2019/2020 mövsümündə “Benfika”nın əvəzedici komandasında çıxış edib.
Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.