“Qarabağ”ın rəqibində yeni müqavilə
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u futbolçusu Kostas Fortunis ilə müqavilənin müddətini uzadıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Kostas Fortunis 2014-cü ildən “Olimpiakos”da çıxış edir. O, daha öncə “Trikala”, “Asteras” (Tripolis) və “Kayzerslautern” klublarının da formasını geyinib. Yunanıstan yığmasında 54 oyun keçirmiş vinger, 9 qola imza atıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakı keçirəcək.