“Qarabağ”ın rəqibinin futbolçusu əməliyyat olundu
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ludoqorets”in (Bolqarıstan) futbolçusu Bernard Tekpetey əməliyyat olunub.
Msport.az-ın məlumatına görə, Bakıda keçirilən ilk matçda Kevin Medina ilə mübarizədə zədə alaraq meydanı xərəkdə dərk edən hücumçu Avstriyada cərrahi müdaxiləyə ehtiyac duyub.
Forvard 1 həftədən sonra xəstəxandan çıxaraq Razqard şəhərinə geri dönəcək.
Qeyd edək ki, “Qarabağ” və “Ludoqorets” komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb. Cavab görüşü avqust ayının 13-ü keçiriləcək.