featured-image-18972

“Neftçi” və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Donald Gerye Haiti Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürüb.

Msport.az-ın məlumatına görə, bu barədə 33 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli futbolçu bildirib ki, ölkə futbolunu dirçəltmək və yığmanı yenidən dünya çempionatlarında görmək üçün bu addımı atıb.

O, seçkilərdə insanlardan ona səs verməsini istəyib.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib.

Bənzər xəbərlər