featured-image-18240

Abdullah Zubir “Qarabağ”da 40-cı qolunu vurub.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib.

O, Misli Premyer Liqasının “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.

Abdullah 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb. Zubir “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.

Qeyd edək ki, Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur.

Bənzər xəbərlər