"Qarabağ"ın üçüncü rəqibi də məlum oldu
“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də bəlli olub.
Msport.az “Tema Sport”a istinadən xəbər verir ki, Ağdam klubu Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq.
Yoxlama matçı iyulun 4-də olacaq.
Qeyd edək ki, “Qarabağ” Avstriyada 3 sınaq matçı keçirəcək. Qurban Qurbanovun komandası iyunun 27-də”Ferentsvaroş”, iyulun 1-də isə “Legiya” ilə üz-üzə gələcək.







