"Qarabağ"la oyun onun üçün sonuncu olacaq
İsveçin “Hekken” komandasının baş məşqçisi Per-Matias Hoqmo UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyundan sonra istefa verəcək.
Msport.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis İsveç mətbuatına açıqlamasında deyib.
O, bundan sonra Yaponiyanın “Urava” klubuna başçılıq edəcək.
Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.