“Qarabağ”la oyunda iştirakım çox yaxşı olardı”
Almaniyanın “Frayburq” klubunun Macarıstandan olan yarımmüdafiəçisi Roland Şallai zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyununda meydana çıxmaq istədiyini bildirib:
“Qarabağ”la oyunda iştirakım çox yaxşı olardı. Bu barədə baş məşqçi ilə danışmışam. Heyətdə yer alacağıma və ən azı 10-15 dəqiqə oynayacağıma ümid edirəm. Uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətindir”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu matça saat 21:45-də start veriləcək.