featured-image-39445

“Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Matey Kovarj “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

23 yaşlı qapıçı ötən turda Azərbaycan çempionunu 5:1 hesabı ilə məğlub etmələrinə baxmayaraq, cavab görüşünə ehtiyatla yanaşdıqlarını gizlətməyib: “Qarabağ”a qarşı Leverkuzendə oynamışdıq. Buradakı 5:1 hesablı qələbəyə baxmayaraq, Bakıda bizi çətin mübarizə gözləyir. Buna baxmayaraq, qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq

Bənzər xəbərlər