featured-image-20831

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.

Aktivində 139 xal olan “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.

“Neftçi” və “Zirə” də reytinqdə irəliləyib. “Ağ-qaralar” 385-ci yeri 290-cı pilləyə dəyişiblər. Qəsəbə təmsilçisi isə 577-cilikdən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66.5, “Zirə” isə 50.25 xala malikdir.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 273) qərarlaşıb.

Bənzər xəbərlər