featured-image-25236

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

Msport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:
▪️ Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️ Iticket.az-ın satış məntəqələri;
▪️ “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Bənzər xəbərlər