"Qarabağ" "Real", "Bavariya" və "Çelsi" ilə bir sırada - FOTO
Cari mövsüm avrokuboklarda ən az qol buraxan komandalar bəlli olub.
Msport.az xəbər verir ki, “10-luq”da “Qarabağ” da yer alıb.
Ağdam klubu UEFA Avropa Liqasının qrup mərhələsinin ilk 4 turunda qapısında cəmi iki qol görüb. Bu, I turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzduqları görüşə təsadüf edib.
Siyahıda Ağdam təmsilçisinin rəqibi “Frayburq” da var. Bundesliqa klubunun qapısından yeganə topu məhz “Qarabağ” keçirib.
İlk iki pillədə qapısından qol buraxmayan Türkiyə “Başakşehir”i və Belçika “Bürügge”si qərarlaşıb.