featured-image-29485
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qəbələ”ni məğlub etməklə, öz rekordunu təkrarlayıb. Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, komanda bunu cari mövsüm çempionatda 26-cı qələbəsini qazanmaqla bacarıb.
 “Qəbələ”ni 3:0 hesabı ilə üstələyən Ağdam klubu  2015-16 mövsümündəki göstəricisini təkrarlayıb. 7 il əvvəlki mövsümdə Qurban Qurbanovun kollektivi 36 oyunda 26 qələbə əldə edib.
Mövsümün sonuna hələ üç tur qaldığından, “Qarabağ” klub rekordunu yeniləmək şansına malikdi.
Qeyd edək ki, qələbə sayında Azərbaycan çempionatlarının rekordu “Neftçi”yə məxsusdu. “Ağ-qaralar” 1992-ci ildəki ilk mövsümdə iştirak etdiyi 36 qarşılaşmanın 30-da rəqiblərini üstələyib.

Bənzər xəbərlər