featured-image-20833

“Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə “Çukariçki” (Serbiya) ilə gücünü sınayıb.

“Mardan Sports Kompleks”də baş tutacaq bu oyuna saat 13: 00-da start verilib. Oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi Kevin Medina olub.

Ağdam klubunun heyəti:

Luka Quqeşaşvili, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Toral Bayramov, Qara Qarayev, Riçard Almeyda, İsmayıl İbrahimli, Nəriman Axundzadə, Adama Diakabi, Ovusu Kvabena.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ikinci yarısında Polşanın “Poqon” kollektivi ilə qarşılaşacaq. Saat 17:30-da başlayacaq matç “Qloria Sports Arena”da keçiriləcək.

Xatırladaq ki, “Qarabağ” ilk sınaq görüşündə “Rakuv”a (0:3) uduzub.

 

Bənzər xəbərlər