featured-image-20717

Antaldaya məşqdə zədələnən və qolu sınan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq. Ağdam klubunun qolkiperi təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Msport.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” təcili qapıçı axtarışına başlayıblar. Düzdür, heyətdə Luka Quqeşaşvili və gənc Amin Ramazanov olsa da, Qurban Qurbanov “Gent”lə oyun öncəsində təcrübəli əlcək sahibinin cəlb olunmasını istəyir. Gürcüstanlı qapıçının performansı Qurbanovu razı salmır. O, Azərbaycan Premyer Liqasının oyunlarında tez-tez kobud səhvlərlə yadda qalır.

Artıq menecerlərə qolkiper axtarışlarına başlamasına dair tapşırıq verilib.

Bənzər xəbərlər